Betonun Tərkibi

Betonun tərkibi

Beton qarışığı beş əsas tərkib hissədən ibarətdir:

  • Su
  • Sement
  • Hava
  • Xırda doldurucu
  • İri doldurucu

Su və sement plastik kütlə (sement xəmiri) əmələ gətirir və hidrotasiya adlanan kimyəvi reaksiya nəticəsində birləşərək materialları süxura bənzər kütləyə çevirir. Yapış-dırıcı xəmirə həmçinin mexaniki qarışıqla birgə ora daxil edilən hava və kimyəvi qarışıq da daxildir. Sement xəmiri ümumi kütlənin 25%-ni təşkil edir. Doldurucular qalan 60÷70%-i təşkil edir. Hava keçirməyən qatqılı betonda hava 0.5%-dən 2%-dək, hava keçirən əlavələrdən ibarət betonda isə 4%- dən 8%-dək hava mövcuddur. Xırda doldurucu 4.75 mm (№ 4) ələkdən keçən hissələrdən təşkil olunub və qum adlanır. İri doldurucu və ya çınqıl 4.75 mm (№ 4) və ya iri ələkdə qalan hisssələrdən ibarətdir. Düzgün fraksiyalanmış iri və xırda dolduruculardan ibarət material toplusu su-sement xəmirindən səmərəli istifadəni təmin edir.

Doldurucuların beton qarışığının əsas hissəsini təşkil etdiyini nəzərə alsaq, o, ətraf mühitin təsirinə müqavimət göstərə biləcək qədər qüvvə və təsir gücünə malik tərkib hissələrindən ibarət olmalıdır. Beton hidrotasiya adlanan kimyəvi prosesin təsiri nəticəsində qarışdırılma və yerləşdirilmədən sonra qatılaşır və bərkiyir. Su sementlə reaksiyaya girir, qatılaşır, digər tərkib hissələri ilə bir yerdə birləşərək, sonda daşa bənzər material əmələ gətirir. Beton inşaat materialları içərisində ən çox istifadə olunandır. Ondan səkilər, arxitektur binalar, bunövrə, avtomagistral yollar, keçidlər, dayanacaq qurğuları, hasar və dirəklərin hazırlanmasında istifadə olunur.Hazır-beton qarışığının, tikinti meydanında hazırlanan beton qarışığına nisbətən üstünlükləri.

Hazır-qarışıq betonun tikinti meydanında hazırlanan qarışıq betona nisbətən üstünlükləri

Tamamilə avtomatlaşdırılmış mobil beton zavodunda istehsal olunmuş hazır-beton qarışığı, keyfiyyəti təmin edir

Məhsulların müxtəlifliyi:
Geniş seçimdə müxtəlif hazırbeton qarışığı, asanlıqla və lazım olan vaxtadək istehsal oluna bilər.

Beton qarışdırıcı maşınların çox sayda olması, çatdırılma dərəcəsini nəzarət altında saxlamağa, çətin iş yerlərinə betonu boru bağlantılarla çatdırmağa və su təchizatı kimi xidmətlərin yerinə yetirilməsinə imkan verir.

İqtisadi səmərə
Betonu qarışdırmaq üçün qurğu və maşına ehtiyac yoxdur. Əsas materialların lazımsız yerə istifadəsindən qaçılır, betonun istehsalı ilə bağlı muzdlu əmək, bütün proses üçün tələb olunan vaxt əhəmiyyətli dərəcədə azaldılır.

Daha az çirklənmə
Qarışdırılma, zavodda aparıldığı üçün iş gedən ərazidə və ətrafda hava çirklənməsi azalır.